Xəbər lenti
Dəmir yumruq » Manşet » Qazax yurtası Bakı Dənizkənarı bulvarında
Manşet / Cəmiyyət / 1-08-2022, 13:34

Qazax yurtası Bakı Dənizkənarı bulvarında

Qazax yurtası Bakı Dənizkənarı bulvarında

Qazaxıstanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin (27 avqust 2022-ci ildə) qeyd edilməsi çərçivəsində Bakı Dənizkənarı bulvarında (Dəniz Vağzalının yanında, “Reyhan” restoranı ilə üzbəüz) qazax yurtası quraşdırılıb.
6-31 avqust 2022-ci il tarixlərində yurtada “Welcome to KZ” informasiya-turizm mərkəzi açılacaq və iki sərginin keçirilməsi nəzərdə tutulub:

- daimi olaraq: Qazaxıstanın tanınmış görməli yerləri haqqında stendlər – “Şımbulak” (Almatı ş.) dağ-hizək kurortu, “Baykonur” kosmodromu, “Kıran” şahin ovu mərkəzi (canlı şahinlə və şahinlə ovunun virtual reallıq dünyası ilə), “Esentai Mall” (Almatı ş.) ticarət-əyləncə mərkəzi, “Air Astana” aviaşirkətinin turizm istiqamətləri.

- həftəlik olaraq dəyişilən: Almatı və Şımkent şəhərləri, Almatı, Türkistan və Manqıstau vilayətləri öz turizm potensialını nümayiş etdirəcəklər, mədəni, konsert və əyləncə proqramları təqdim edəcəklər.

Ziyarətçilər qazax ənənələri ilə tanış olmaq, videoçarxlara baxmaq, Böyük Çöl ölkəsinin melodiyalara qulaq asmaq, milli mətbəxinin təamlarının dadına baxmaq, qədim köçərilərin dünyasını görmək və suvenirləri əldə etmək imkanını qazanacaqlar.

Tədbirlər Qazaxıstan Səfirliyinin, “Discover Almaty” turizm şirkətinin, “Air Astana” aviaşirkətinin və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə həyata keçiriləcək

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.