Xəbər lenti
Dəmir yumruq » Manşet » Mikayıl Cabbarova yeni vəzifə verildi
Manşet / Siyasət / 28-07-2022, 17:52

Mikayıl Cabbarova yeni vəzifə verildi

Mikayıl Cabbarova yeni vəzifə verildi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib.

Bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamında əksini tapıb.

Komissiyanın həmsədri bundan əvvəl Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olub.

Qeyd edək ki, Mikayıl Cabbarov həm də Azərbaycan İnvestisiya Holdinqinin rəhbəridir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.