Azərbaycanda 832 yeni seçki məntəqəsi yaradılıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, 832 yeni seçki məntqəsi 103 seçki dairəsində yaradılıb.
R.Qasımov bildirib ki, bununla da Azərbaycanda 6 274 ümumi seçki məntəqəsi fəaliyyət göstərəcək.
R.Qasımov əlavə edib ki, qanunvericiliyə əsasən, bir seçki məntəqəsində ən azı 50, ən çoxu 150 seçici ola bilər.