Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22 İyul - Milli Mətbuat Günü ilə bağlı, rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Tədbirdə Milli Mətbuat Günü münasibətilə rayon icra hakimiyyəti ilə əməkdaşlığa görə bir qrup mətbuat nümayəndəsinə fəxri fərmanlar təqdim olunub.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, rayonun bir qrup ziyalıları və ictimai fəalları, müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.