Xəbər lenti
Dəmir yumruq » Manşet » Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət sahəsi məlum olub
Manşet / Siyasət / 21-07-2022, 14:04

Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət sahəsi məlum olub

Şərqi Zəngəzurda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət sahəsi məlum olub

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsində əksini tapıb.

Xidmət Zəngilan şəhərində yerləşəcək.

Xidmətin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktor olacaq.

Müşahidə Şurası Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 5 üzvdən – Şuranın sədrindən və digər 4 üzvdən ibarət olacaq. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərəcək.

Xidmətin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirəcək. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini olacaq.

Xidmətin nizamnamə fondunun məbləği 500 000 manatdır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.