Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan meymunçiçəyinin diaqnostikasının aparılması üçün ÜST-ə müraciət edib
Manşet / Cəmiyyət / 20-06-2022, 17:29

Azərbaycan meymunçiçəyinin diaqnostikasının aparılması üçün ÜST-ə müraciət edib

Azərbaycan meymunçiçəyinin diaqnostikasının aparılması üçün ÜST-ə müraciət edib

"Qısa zamanda Azərbaycana meymunçiçəyi virusunu müəyyən edən testlər gətiriləcək".
Bunu ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, meymunçiçəyi virusu dünyada var:

"Bu virus daha çox Afrikada müşahidə edilir. Hazırda Avropada da müşahidə olunur, lakin COVID-19 qədər narahatedici səviyyədə deyil. Fərqli formada yoluxduğu üçün yayılması o qədər də sürətli deyil. Narahatlığa əsas yoxdur, amma bütün xəstəliklər kimi meymunçiçəyi də nəzarət altında saxlanılmalıdır. Xəstəliyin diaqnostikasının aparılması ilə əlaqədar olaraq Azərbaycan hökuməti ÜST-yə müraciət edib. Çox qısa zaman ərzində Azərbaycana meymunçiçəyi testləri gətiriləcək".
Hande Harmancı testlərin sayının minlərlə olacağını qeyd edib. O əlavə edib ki, meymunçiçəyi virusunu aşkarlamaq üçün bir neçə test növü var:

"Hazırda hansı növ testin Azerbaycana gətirilməsi Səhiyyə Nazirliyi və TƏBİB-lə müzakirə olunur. Xatırlatmaq istəyirəm ki, hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı heç bir təhlükə yoxdur".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.