Xəbər lenti
Dəmir yumruq » Manşet » Deputat məmur monopoliyasına görə üsyan etdi
Manşet / Siyasət / 20-06-2022, 16:30

Deputat məmur monopoliyasına görə üsyan etdi

Deputat məmur monopoliyasına görə üsyan etdi

Azərbaycanda inflyasiya 12 faizdən yüksəkdir. Azərbaycanda idxal inflyasiyası hərtərəfli nəzərə alınıb.
Bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, idxal inflyasiyası nəzərə alınsa da, ölkəmizdə məmur monopoliyasından yaranan inflyasiyanı hökumət üzvləri nəzərə almır.

“Monopoliyadan yaranan inflyasiya Azərbaycan xalqına böyük ziyan vurur. Məmur monopoliyası ilə qiymətin artırılmasının hər faizinə görə ildə Azərbaycanda əhalinin ailə büdcəsinə 400 milyon manat ziyan dəyir. Bu artım bir neçə faiz olanda isə həmin ziyan milyardlarla manat səviyyəsinə qalxır”, - deyə Əli Məsimli əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycanda anti-inflyasiya tədbirləri görülsə də, inflyasiyanın səviyyəsi artır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.