Bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən suveren dövlət kimi tanınır. Yəni bir sıra ölkələrdən fərqli olaraq dövlət müstəqilliyimiz kağız üzərində deyil, əməldə - siyasətdə, istənilən qərarın qəbulunda və icrasında özünü göstərir. Azərbaycanın müstəqillik zirvəsinə yüksəlməsi isə lider - şəxsiyyət amili, daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyevin müstəsna-tarixi xidmətləri sayəsində mümkün olmuşdur.
"Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa şəhərində baş tutan görüşü tarixi hadisədir. Şuşada belə bir görüşün reallaşacağı əvvəl hər kəsə bəlkə də əlçatmaz bir xəyal kimi görünə bilərdi. O səbəbdən də tam mübaliğəsiz demək olar ki, iyunun 15-də təkcə Azərbaycan və Türkiyənin deyil, dostlarımız və düşmənlərimiz də daxil olmaqla bütün dünyanın nəzərləri Şuşaya yönlənmişdi. Görüşdən bir gün əvvəl Türkiyə prezidentinin ABŞ prezidenti ilə, eləcə də NATO sammiti çərçivəsində bir sıra dünya liderləri ilə ikitərəfli təmasları və bu görüşlərdə regional və dünya çaplı məsələlərlə yanaşı Qarabağda və yaşadığımız regionla əlaqəli məsələlərin də müzakirə olunması Şuşada iki dövlət başçısının dünyaya hansı mesajları verəcəyinə diqqəti birə on nisbətində artırmışdı. Xüsusilə də, görüşdən əvvəl hörmətli Rəcəb Tayyib Ərdoğanın Şuşada qardaş Azərbaycanla daha əhatəli müqavilənin imzalanacağı ilə bağlı verdiyi açıqlama da ciddi marağa səbəb olmuşdu."
Qeyd edək ki: Şuşa Bəyannaməsi — 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanmışdır.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin hərbi-siyasi təhlükəsizlik çətiridir.
Bəyannamənin imzalanması ilə hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq, istənilən təhdidə qarşı birgə mübarizə mexanizmi formalaşdırılıb.
Sənəddə müdafiə məsələlərinin əks olunması hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına – təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb.
Bəyannamə iki ölkənin Təhlükəsizlik Şuralarının müntəzəm olaraq birgə iclaslarının keçirilməsi, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi və bu konteksdə Azərbaycan və Türkiyəni birləşdirəcək "Zəngəzur dəhlizi"nin açılması, o cümlədən iki qardaş ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması və Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi ilə bağlı olduqca mühüm məsələləri ehtiva edir.
“Şuşa İli”ndə Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirməklə yanaşı, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin də qətiyyətlə yerinə yetiriləcəyini göstərən mənəvi-siyasi simvol kimi çıxış edir.
Şuşa Bəyannaməsi dünyaya mesajdır ki, Azərbaycan və Türkiyə regionda sülh və sabitliyin təminatşısıdır.