Xəbər lenti
Dəmir yumruq » Manşet » Neftçalada avtomobil yollarının yenidən qurulmasına 3,9 milyon manat ayrılıb - Sərəncam
Manşet / Siyasət / 13-06-2022, 15:47

Neftçalada avtomobil yollarının yenidən qurulmasına 3,9 milyon manat ayrılıb - Sərəncam

Neftçalada avtomobil yollarının yenidən qurulmasına 3,9 milyon manat ayrılıb - Sərəncam

Prezident İlham Əliyev Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, otuz səkkiz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 10 kilometr olan Neftçala–Xol Qaraqaşlı–Şorsulu (7 km)–Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.