Dəmir yumruq » Manşet » Bəzi müəllimlər qanunsuz yolla işə düzəliblər - Nazir
Manşet / Cəmiyyət / 11-06-2022, 17:03

Bəzi müəllimlər qanunsuz yolla işə düzəliblər - Nazir

Bəzi müəllimlər qanunsuz yolla işə düzəliblər - Nazir

Azərbaycanda təhsil alanların öyrənmə xüsusiyyəti ilə bağlı bir dənə də olsa elmi iş yoxdur.

Bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda deyib.

Nazir vurğulayıb ki, 1990-cı illərdə ölkənin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb:

“Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq ayırdetməni aparmağın vaxtı çatıb. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki, təkmilləşməyə ehtiyacı olan müəllimlər də təkmilləşmə kurslarına cəlb olunacaq”.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.