Xəbər lenti
Dəmir yumruq » Manşet » Fərhad Əhmədov Aİ-yə müraciət etdi - Yaxtasını geri istəyir
Manşet / Hadisə / 6-06-2022, 16:51

Fərhad Əhmədov Aİ-yə müraciət etdi - Yaxtasını geri istəyir

Fərhad Əhmədov Aİ-yə müraciət etdi - Yaxtasını geri istəyir

Azərbaycan əsilli rusiyalı oliqarx Fərhad Əhmədov Avropa İttifaqına müraciət edib və ona qarşı tətbiq edilən sanksiyaların ləğvini istəyib.

Bu barədə məlumatı Böyük Britaniyanın “The Times” qəzeti yayıb.
66 yaşlı milyarder bununla da “Luna” adlı yaxtasını geri qaytarmaq istəyir. Yaxtanın qiyməti 400 milyon dollar olaraq qiymətləndirilir.

Bununla belə, Avropa İttifaqı (Aİ) qeyd edib ki, təqribən 1,36 milyard funt sterlinq sərvətə sahib Fərhad Əhmədovu Kremlə yaxın biznesmen adlandırıb.

Xatırladaq ki, Aİ Rusiyanın Ukraynaya hücumu çərçivəsində aprel ayında Fərhad Əhmədova qarşı sanksiya tətbiq edib. Mayda isə Almaniyanın Hamburq limanında Əhmədova məxsus “Luna” yaxtasına həbs qoyulub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.