Xəbər lenti
Dəmir yumruq » Manşet » “TEKNOFEST AZƏRBAYCAN” festivalı bizim birliyimizin növbəti nümayişidir.
Manşet / Siyasət / 1-06-2022, 18:26

“TEKNOFEST AZƏRBAYCAN” festivalı bizim birliyimizin növbəti nümayişidir.

 “TEKNOFEST AZƏRBAYCAN” festivalı bizim birliyimizin növbəti nümayişidir.

“TEKNOFEST Azərbaycan” 2022-ci ilin 26–29 may tarixlərində təşkil olunan festivalı böyük maraqla qarşılanıb, şoular, müsabiqələr və əyləncə proqramı ilə zəngin olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan Bakida ilk dəfə keçirilən “TEKNOFEST AZƏRBAYCAN” Aerokosmik və texnologiya festivalında iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan “TEKNOFEST AZƏRBAYCAN” festivalı keçirildiyi məkana gəldilər.
Qeyd edək ki: ‘’TEXNO FESTIFAL ‘’ilk dəfə 20-23 sentyabr 2018-ci il tarixlərində İstanbul Yeni Hava Limanında baş tutdu. İMM-in məlumatına görə, bu festivalda təxminən 550 min insan iştirak edib.Festivalın ilk ilində 14 texnologiya müsabiqəsi keçirilib. Bu yarışlarda 2000 rəqib və 750 komanda iştirak edib. Həmçinin 2018-ci ildə TEKNOFEST çərçivəsində Travel Hackathon, HackIstanbul, Take Off Beynəlxalq Başlanğıc Sammiti və Dünya Drone Kuboku təşkil edilmişdir. Bütün müsabiqələr və seminarlarla yanaşı, iştirakçılar şaquli külək tuneli, uçuş şouları, planetarium və hava şarları kimi sosial tədbirlərlə də tanış oldular.
Azərbaycan ilk dəfə 2021-ci ildə Teknofest Aviasiya, Kosmos və Texnologiya sahələri üzrə festivalda iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. Tədbir çərçivəsində təşkil olunan hava şoularında Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotları "MiQ-29" qırıcı təyyarələri ilə solo pilotaj uçuşları həyata keçiriblər. Tədbirdə Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən iki "MiQ-29" təyyarəsi, eləcə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən "İti qovan", "Orbiter 2", "Orbiter 3", "Orbiter 4" kimi pilotsuz hava vasitələri də sərgilənib. "MiQ-29" təyyarələri beş gün ərzində İstanbulda təşkil olunub və hava şoularında da iştirak edib.
Teknofest Azərbaycan tədbirinin 2022-ci ilin 26–29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilməsi planlaşdırılıb. Festivalın təşkilatçıları "Türkiyə Texnologiya Komandası" — T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir. Yarışlarda beynəlxalq iştirakçıların da iştirak edəcəyi bilinir. Dünyanın müxtəlif ölkələrindən olan iştirakçılar texnologiya müsabiqələrinə qatılacaqlar.
Həmçinin akademik tərəfdaşlar isə ADA Universiteti, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır. 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışı zamanı önəmli mesajlar verdi. O, bilıdirdi ki, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik.Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir.Şuşa Bəyannaməsində müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub. Regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün Türkiyə fəal şəkildə dəstək göstərəcəkdir.Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.