TEKNOFEST gənc istedadların üzə çıxarılması üçün önəmli festivaldır.
Bunu açıqlamasında Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi - MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli deyib.
Onun sözlərinə görə, TEKNOFEST Azərbaycan festivalı iki qardaş ölkənin əlaqələrinin daha da dərinləşməsi üçün atılan önəmli addımlardan biridir və Türkyə-Azərbaycan münasibətləri xalqlarımız üçün əsas yol xəritəsidir.
O qeyd edib ki, TEKNOFEST Azərbaycan çox yüksək səviyyədə keçirilib, xüsusən də gənclər bu festivala yüksək maraq göstəriblər.
“Gənclərin bu festivala maraq göstərməsi sevindirici haldır və TEKNOFEST-in önümüzdəki illərdə də keçiriləcəyinə ümid edirəm” - deyə o bildirib.
R.Cabirli qeyd edib ki, MÜSİAD Azərbaycanın tərkib hissəsi olan Gənc MÜSİAD da TEKNOFEST-də iştirak edib.
Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilib.
Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.az və Turkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşları olub.