Şabranda 28 May - Müstəqillik Günü münasibətilə 14 yaşdan yuxarı oğlanlar arasında kross qaçışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
Şabran şəhərinin Heydər Əliyev prospekti boyunca təşkil olunan yarışda 40-dan çox gənc mübarizə aparıb.
Yekun nəticəyə görə Sahib Dünyamalıyev birinci, Elvin Şabəddinov ikinci və Qaraş Abbasov isə üçüncü yeri qazanıblar.
Mükafatçılara fəxri fərman və medallar təqdim olunub.