Xəbər lenti
Dəmir yumruq » Manşet » Köhnə Xudat kəndində səyyar qəbul keçirilib
Manşet / Cəmiyyət / 26-05-2022, 16:32

Köhnə Xudat kəndində səyyar qəbul keçirilib

Köhnə Xudat kəndində səyyar qəbul keçirilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli Məclisin deputatı Sevil Mikayılova Köhnə Xudat kəndində sakinlərlə görüşüb.

İcra Hakimiyyətindən verilən məlumata görə, qəbulda Köhnə Xudat İnzibati Ərazi Dairəsinə daxil olan Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba kəndlərinin sakinləri iştirak edib.

Yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və digər təşkilat rəhbərlərinin qatıldığı səyyar qəbulda əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra sakinlərin fərdi qaydada müraciət və təklifləri dinlənilib. Müraciətlər kəndlərarası yolun təmiri, içməli və suvarma suyuna olan ehtiyacın ödənilməsi, qaz təchizatının bərpası, elektrik təsərrüfatının yenilənməsi, bağça binasının inşası, məktəblərin təmiri, rabitə, internet və digər sosial məsələlərlə bağlı olub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Milli Məclisin deputatı Sevil Mikayılovada müraciətlərin həlli üçün müvafiq addımların atılacağını vurğulayıb.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.