Xəbər lenti
Dəmir yumruq » Manşet » “Kristalın” başına bəla olan reklamı: 100 minə 1 otaqlı ev…
Manşet / Cəmiyyət / 26-05-2022, 15:38

“Kristalın” başına bəla olan reklamı: 100 minə 1 otaqlı ev…

“Kristalın” başına bəla olan reklamı: 100 minə 1 otaqlı ev…

“Kristal Abşeron” da daxil olmaqla, bazarda qiymətlər şişirdilir. Səbəb banklarla korporativ əməkdaşlıq edən şirkət arasında sağlam mühitin olmamasıdır. Bu sektora dövlətin nə dərəcədə nəzarət etdiyini bilmirəm. Belə bir nəzarət sahibkarlıq mühitinə müdaxilə kimi qiymətləndirilə bilər. Amma ən azından tikinti şirkətləri qiymət siyasətinə yenidən baxmalıdır. Mənzil bazarında normal rəqabət olsa, problem də aradan qalxar.

Bunu açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert həmçinin onu vurğulayıb ki, efirə verilən reklam çarxlarında “Reklam haqqında” Qanunun tələbləri pozulur:

“Ona görə sahəyə məsul icra hakimiyyəti strukturu, reklam agentliyi bu məsələyə münasibət bildirməlidir. Bəzi reklam mətnlərində qanunların pozulmasına açıq-aşkar çağırışlar var. Məsələn, “Saxlama, nə qədər cəriməsi olsa, mən ödəyəcəm” tipli ifadələr əslində qaydaları pozmağa təşviq kimi qiymətləndirilə bilər”.

Qeyd edək ki, “Kristal Abşeron”un siması Taleh Yüzbəyovun şirkət üçün çəkdiyi reklam çarxı son günlər müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri videoçarxda yer alan səhnələrin etik norma və qaydalarla bir araya sığmadığını yazırlar. Şirkətin müştərilərə Sumqayıtda təklif etdiyi 39 kv.m-lik mənzil üçün 16 min manat ilkin ödəniş və ayda 360 manat olmaqla 20 illik ödəniş şərti qoyması da izləyicilərin narazılığına səbəb olub: bu şərtlərlə mənzilin son qiyməti 100 min manatı ötür, bu isə həddən artıq bahadır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.