Xəbər lenti
Dəmir yumruq » Manşet » Sel suları Qubada fəsadlar törədib
Manşet / Hadisə / 25-05-2022, 10:46

Sel suları Qubada fəsadlar törədib

Sel suları Qubada fəsadlar törədib

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə aramsız yağışlar nəticəsində çaylarda yaranan sel suları rayon ərazisində bir sıra fəsadlar törədib.

Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Ağ çayın üzərində yerləşən körpünün güclü seldən uçması nəticəsində, rayon mərkəzindən 13 km məsafədə yerləşən Tülər kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Quba-Xınalıq yolunun 37-ci kilometrliyində Əlik bələdiyyəsinin ərazisinə qaya parçalarının yola uçması nəticəsində Əlik, Haputlu, Cek, Xınalıq, Qalayxudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Yolda hərəkətin bərpa olunması üçün əraziyə xüsusi texnikalar cəlb edilib.

Quba-Susay-Xınalıq avtomobil yolunun 25-ci kilometrliyində Gəray kəndi ərazisində yağıntı sularının yaratdığı sel nəticəsində körpünün ətrafı yuyulub, körpü qəzalı vəziyyətə düşüb.

Yaranmış vəziyyətlə əlaqədar Quba RİH-nin başçısı Ziyəddin Əliyev, Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, aidiyyəti qurumların rəhbərlərinin iştirakı ilə ərazilərə baxış keçirilmiş, aidiyyəti üzrə tapşırıqlar verilmiş, təbii fəlakətin fəsadlarının təcili aradan qaldırılması üçün ərazilərə xüsusi texnikalar cəlb edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.