ABŞ-ın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Ceff Fleyk Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, səfirin diqqətinə ötən gün İstanbulda keçirilən aksiyada asayişin təmin olunması istiqamətində peşə vəzifələrini yerinə yetirən Türkiyənin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı tutarsız iddialar və zor tətbiqetmə ilə bağlı ABŞ Səfirliyinin qeyri-dəqiq informasiya yaymasının Ankaranı narahat etməsi çatdırılıb.
Həmçinin, Türkiyədə fikir və söz azadlıqlarının təmin olunmasında hansısa problemlərin olduğu görünüşünün yaratmağın qəbuledilməz olduğu vurğulanıb.