Xəbər verildiyi kimi, mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycana rəsmi səfərə gəlib.
Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avrasiya bölgəsinin mühüm birliklərindən biri olan Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir.
Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi Forumda 56 ölkədən 300 nəfərədək nümayəndə iştirak edib. Prezidenti İlham Əliyev forumda çıxışı zamanı bildirib: «Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir».
Forumda ölkə başçısı Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti haqqında müzakirələr etmişdi.
Hər bir ölkədə iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir. İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də imkanlar pəncərəsi kimi çıxış edir. Azərbaycan etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli zəmin yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan təxminən 30 il danışıqlara sadiq qaldı. Uzun müddət ərzində ölkəmiz Ermənistana qarşı beynəlxalq içtimaiyyət tərəfindən sanksiyaların tətbiq edilməsinə çağırırdı. Əgər sanksiyalar tətbiq edilsəydi, onda, ola bilsin, heç müharibə də olmazdı. Lakin əfsuslar olsun ki, Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla özü bərpa etdi. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistanın qoşunlarının dərhal çıxarılmasını tələb edən qətnamələrini ölkəmiz özü icra etdi. İşğal nəticəsində hər şey dağıdılmışdı və yerlə-yeksan edilmişdir.
Erməni quldurları 30 il Azərbaycanın əzəli-əbədi torpaqlarını işğal altında saxlayıblar. Bu vaxt ərzində onlar ərazilərimizdə tariximizin izlərini silməyə, tarixən Azərbaycana məxsus olan torpaqlarımızı mənimsəməyə çalışıblar. Lakin Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb. Ali Baş Komandan cənab İlham Əliyevin düşünülmüş, uzaqgörən siyasəti, ordumuzun yüksək səviyyədə hazırlığı, səriştəsi, xalqımızın birliyi və şəhidlərimizin qanı bahasına tarixi torpaqlarımız geri qaytarılıb.
Erməni caniləri müharibənin artıq bitməsinə, Kapitulyasiya aktının imzalanmasına baxmayaraq, hələ də cinayətlərini davam etdirirlər. Belə ki, hələ də basdırdıqları minaların xəritəsini vermir, bunun nəticəsində isə neçə-neçə günahsız insan həyatını itirir və yaxud şikəst olur. Hələ də sərhədlərimiz Ermənistan ordusu tərəfindən atəşə tutulur.
Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropa İttifaqı ilə əlaqələri indiyədək iqtisadi və siyasi islahatlara dəstək, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və digər bu kimi müxtəlif çərçivələrdə inkişaf etdirib. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması onu Aİ üçün cəlbedici edən faktorlardır.
Xarici ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri Azərbaycanda müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinin genişlənməsini, ölkənin siyasi rəhbərliyinin çevik və tarazlı diplomatiyaya malik olmasını hər zaman “imkanlar pəncərəsi” kimi dəyərləndiriblər.
Son on il ərzində Avropa Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox vəsait yatırıb. Bu il Azərbaycanla Aİ arasında ticarət dövriyyəsinin artımı gözlənilir.
2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2020-ci illə müqayisədə 5,6 faiz artıb. 2022-ci ilin əvvəlindən qeyri-neft məhsullarının istehsalının artımı təxminən 40 faiz təşkil edib ki, bu da vergi daxilolmalarının artmasına təsir edir. Vergi daxilolmalarında artım 250 milyon dollara bərabərdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Böyük Zəfəri, torpaqlarımızın işğaldan azad edilməsi qarşıdakı illərdə iqtisadiyyatın, turizmin və digər bütün sahələrin inkişafı üçün böyük imkanlar yaradır. Bu torpaqların iqtisadi potensialı və təbii ehtiyatları kifayət qədər əlverişlidir. Sözsüz ki, azad edilən ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin mühüm bir hissəsi olacaq. Biznes dairələri də dövlətin yaratdığı imkanlardan yararlanaraq, rəqabətədavamlı məhsul və xidmətlər istehsalını genişləndirməli, yeni reallıqlar fonunda yaranmış əlverişli şəraitdən səmərəli və düzgün istifadə etməlidir.
Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə qitənin şərqində gedən mürəkkəb geosiyasi proseslər, bütün Avropanı müharibə alovuna bürüyə biləcək təhlükəli hərbi münaqişənin hələ də davam etməsi fonunda Avropa İttifaqının Cənubi Qafqazda gedən proseslərə yeni baxış, yeni münasibət niyyətini sərgiləməsi və bu istiqamətdə konkret addımlar atmağa başlaması tamamilə anlaşılandır.
Demək olar ki, bütün bunlar Azərbaycan və Litva arasında da biznes əlaqələrinin inkişafına güclü təkan verəcək”.