Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycanda yeni cərimələr müəyyən edilir
Manşet / Siyasət / 18-05-2022, 15:47

Azərbaycanda yeni cərimələr müəyyən edilir

Azərbaycanda yeni cərimələr müəyyən edilir

Azərbaycanda qanununvericilik təşəbbüslərinin xaricdən maliyyələşdirilməsinə görə cərimələr müəyyən edilir.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı imza toplanması prosesini və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydası haqqında” qanunda nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, təşkilatların, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 19-da keçiriləcək iclasında müzakirə ediləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.