Xəbər lenti
Dəmir yumruq » Manşet » Mingəçevirdə restoran sahibi yaşıllıq zolağını bilərəkdən məhv edir?
Manşet / Hadisə / 18-05-2022, 09:34

Mingəçevirdə restoran sahibi yaşıllıq zolağını bilərəkdən məhv edir?

Mingəçevirdə restoran sahibi yaşıllıq zolağını bilərəkdən məhv edir?

Mingəçevir şəhərində yaşıllıq zolağı məhv edilir.

Bu barədə sosial şəbəkələrdə video yayılıb.

Görüntüdə Mingəçevir şəhəri, Kür qırağı adlanan ərazidən bəhs edilir.

Ərazidə yaşıllıq zolağında ağacların üz qabığı bilərəkdən soyularaq qurudulur. Təxminən yüzdən artıq ağacın qabığı soyularaq məhv edilir.

Videoda bildirilir ki, ağacların qurudulmasına səbəb ərazidə fəaliyyət göstərən kafe-restoranın böyüdülməsidir. Məlumata görə, "Şamlıq" adlanan kafe-restoranın sahibi bilərəkdən ağacları kütləvi olaraq qurudub, sonradan kəsdirmək istəyir ki, həmin zolağın kənarında olan obyektinin ərazisini genişləndirsin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı nazirliyin aidiyyəti qurumları tərəfindən araşdırmalara başlanılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.