İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransının Bakı bəyyanaməsi qəbul edilib.
Bəyannamə konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri tərəfindən imzalanıb.
Qeyd edək ki, Bakıda İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçirilir. Konfransda “Post-pandemiya dövründə əməkdaşlıq: çağırışlar və bərpa imkanları” mövzusu müzakirə olunacaq, post-pandemiya dövründə görüləcək işlər barədə fikir mübadiləsi aparılır.
Konfrans zamanı İƏT PA-ya sədrlik Azərbaycana keçib.