Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
Manşet / Siyasət / 2-05-2022, 13:35

Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar.

Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əminliklərini bildirib, əlaqələrimizin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.