Xəbər lenti
Dəmir yumruq » Manşet » Zaqatalada torpaq satan vəzifəli şəxsə cinayət işi AÇILDI
Manşet / Hadisə / 27-04-2022, 16:44

Zaqatalada torpaq satan vəzifəli şəxsə cinayət işi AÇILDI

Zaqatalada torpaq satan vəzifəli şəxsə cinayət işi AÇILDI

Zaqatalanın Bəhmətli bələdiyyəsinin sədri və mühasibi barəsində cinayət işləri başlanılıb.

Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Bəhmətli kənd bələdiyyə sədrinin qanunsuz əməllərinə dair rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Belə ki, istintaqla bələdiyyənin sədri Həsrət Musayevin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən istifadə edərək bələdiyyə üzvlərinin adından saxta protokollar tərtib edilməsini təmin edərək, imzalayıb təsdiqləməklə ayrı-ayrı şəxslərə bələdiyyə mülkiyyətində olan torpaqları satmasına və ya icarəyə verməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Bəhmətli bələdiyyəsinin mühasibi Pərinaz Məmmədlinin Həsrət Musayevin qanunsuz əməllərinin ifşa olunmasının qarşısını almaq məqsədi ilə rəsmi sənəd hesab olunan məxaric xəzinə orderini tərtib edərək imza etməklə sənədlərə bilə-bilə yalan məlumatları daxil edib vəzifə saxtakarlığı etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Toplanan sübutlar əsasında Həsrət Musayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Pərinaz Məmmədli isə 313-cü maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb ediliblər.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.