Dəmir yumruq » Manşet » Rusiyanın Ukraynaya təcavüzü... - AŞPA-dan qətnamə
Manşet / Siyasət / Dünya / 27-04-2022, 16:15

Rusiyanın Ukraynaya təcavüzü... - AŞPA-dan qətnamə

Rusiyanın Ukraynaya təcavüzü... - AŞPA-dan qətnamə

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının Ukraynaya qarşı davam edən təcavüzü: Avropa Şurasının rolu və cavabı“ adlı qətnamə qəbul edib.
Sənəddə Rusiyanın Ukraynaya hücumu qəti şəkildə pislənilir və Ukrayna xalqı ilə bir daha həmrəylik nümayiş olunur.

AŞPA Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində onun suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiq edir.

Qurum xatırladır ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq hüququn və Avropa Şurası Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.