Abşeron Rayon İcra Hakimiyyəti, “Hədəf Nəşrləri”, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə 23-24 aprel tarixlərində Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında “Oxu Günü-8” adlı tədbir qeyd olundu.
Bildirək ki, festival Azərbaycan Respublikası Təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla keçirilir.
“Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləri iştirak edib.
Xatırladaq ki, “Oxu Günü” aksiyası 2015-ci ildən etibarən mütəmadi təşkil olunur. 2020-2021-ci illərdə isə pandemiya səbəbi ilə onlayn formada həyata keçirilib.