Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 23-də Latın Amerikası ölkələrinə səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, aprelin 23-dən 29-dək XİN rəhbəri Uruqvay, Braziliya, Ekvador, Kolumbiya, Panama və Venesuelaya səfər edəcək.
Türkiyəli nazir ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcək.