Azərbaycanda hər altı şagirdə bir kompüter düşür.
Bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, bu göstərici bir sıra ölkələri qabaqlayır və nazirlik məktəblərin kompüterlərlə təchiz olunması üçün işlər aparılır.
"Bu il Azərbaycan məktəblərini 50 min kompüterlə təchiz etmək planlaşdırılırdı. Həmçinin, ali tədris müəssisələri kompüterlə təmin olunur. Analoji işlər növbəti illərdə də aparılacaq", - nazir deyib.