Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bir sıra məsələlərdə razılıq əldə olunduğunu deyib.
Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü zamanı qeyd edib.
N.Paşinyan bildirib ki, bir sıra məsələlər üzrə, o cümlədən, Qarabağla bağlı, eləcə də regional infrastrukturun açılması, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesi ilə bağlı yekun razılaşmalar əldə olunub.
Qeyd edək ki, N.Paşinyanın V.Putinlə görüşü ötən gün keçirilib.