Xəbər lenti
Dəmir yumruq » Manşet » Ceyhun Bayramov Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb
Manşet / Siyasət / 2-04-2022, 16:34

Ceyhun Bayramov Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb

Ceyhun Bayramov Brüsseldə keçiriləcək üçtərəfli görüşdən danışıb

Azərbaycan Ermənistanla danışıqlara həmişə açıqdır.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllini bir daha müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkəmizin bu məsələyə münasibəti hər kəsə məlumdur. Ermənistanın da öz mövqeyini bildirmək şansı olacaq", - Bayramov bildirib.

Xatırladaq ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının rəhbəri Şarl Mişel arasında Brüsseldə görüş keçiriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.