Dəmir yumruq » Manşet » İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-yə nisbət göstəricisinin yuxarı həddi təsdiqlənib - Fərman
Manşet / Siyasət / 28-03-2022, 12:12

İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-yə nisbət göstəricisinin yuxarı həddi təsdiqlənib - Fərman

İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-yə nisbət göstəricisinin yuxarı həddi təsdiqlənib - Fərman

Prezident İlham Əliyev icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı hədləri, habelə 2022-ci ilin sonuna hədəflənən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin yuxarı həddinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20,0 faiz, 2022-ci ilin sonuna isə 27,5 faiz müəyyən edilsin.

Sənədə əsasən dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 20,0 faiz müəyyən edilir.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.