Xəbər lenti
Dəmir yumruq » Manşet » Azərbaycan Prezidenti gürcüstanlı naziri qəbul etdi
Manşet / Siyasət / 11-03-2022, 14:43

Azərbaycan Prezidenti gürcüstanlı naziri qəbul etdi

Azərbaycan Prezidenti gürcüstanlı naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, ticarət sahələrində uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı Azərbaycanın və Gürcüstanın Ədliyyə nazirlikləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunulub.

Rati Breqadzenin ölkəmizə səfərinin və səfər çərçivəsində nazirliklər arasında imzalanan Əməkdaşlıq Memorandumunun bu sahədə əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.