Ukrayna Prezidenti Vladimir Zelenski paytaxt Kiyevdən videomüraciət ünvanlayıb.
Zelenski videoda paytaxtda olduğunu və silahı yerə qoymadıqlarını bildirir.
“Hazırda internetdə silahı yerə qoyduğumuza dair çox sayda yalan məlumat yayılır. Mən buradayam, biz silahı yerə qoymuruq. Dövlətimizi müdafiə edəcəyik”, - deyə Zelenski söyləyib.