Xəbər lenti
Dəmir yumruq » Manşet » “Deyirdilər ki, əşi, bu türkün nə işi var burada?!”
Manşet / Mədəniyyət / 6-02-2022, 17:42

“Deyirdilər ki, əşi, bu türkün nə işi var burada?!”

“Deyirdilər ki, əşi, bu türkün nə işi var burada?!”

“Qürbətdə, qədim İrəvan şəhərində böyümüşəm. Azərbaycanlı olaraq orada müsabiqədə birinci yerə çıxmışam. Təsəvvür edin, səhnədə oxuyuram, oradan mənə səslər gəlir, əşi, bu türkün nə işi var burada?! Eşidirdim axı bunları...”

Bu sözləri Xalq artisti Mübariz Tağıyev “Üzə düz” verilişində deyib.

“Bütöv konsert proqramı çəkilir, mən orada yoxam. Adım çıxarılır. Adını da qoyurlar texniki problem... Bunu o qədər də yaralı qəbul etmirdim, çünki adət etmişdim. O ağrı-acını mənim ətrafım, valideynlərim, əzizlərim yaşayırdı...”, - deyə o əlavə edib.

Sənətkar “Ölüm, yoxsa yaşamaq daha çox həqiqidir” sualına belə cavab verib:

“Ölüm sözündən heç xoşum gəlmir. Əlbəttə, yaşamaq. Yəqin, o söz o insanlar üçün yaxşıdır ki, artıq həyatdan beziblər. Mən həyatdan bezməmişəm. O qədər görəcəyim işlər var ki, təsəvvür belə edə bilmərsiniz, sanki nəyəsə tələsirəm. Ailəmə, nəvələrimə nədəsə kömək etmək istəyirəm. Amma həyatın sonu var... O biri dünyaya inanıram, bilirəm ki, bir gün əcəl gəlib qapımı döyəcək. Deyəcək ki, Mübariz müəllim, durun, üzünüzü çevirin qibləyə, getdin...

Hərdən sual verirlər ki, sənət adamı səhnədən nə zaman getməlidir? Belə sual olar? Sənət adamı özü bunu hiss edir! Nə zaman ki, tamaşaçının zəhləsini tökdü, səssiz-küysüz deyəcək ki, getdim. Amma bunu heç kim istəmir. Özümüzü tez səhmana salıb tez qayıdırıq. Əgər tamaşaçını itirmisənsə, özünə qarşı soyuqluq hiss edirsənsə, getməlisən”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.