Xəbər lenti
Dəmir yumruq » Manşet » Nazarbayev günlər sonra xalqa çağırış etdi
Manşet / Dünya / 8-01-2022, 20:20

Nazarbayev günlər sonra xalqa çağırış etdi

Nazarbayev günlər sonra xalqa çağırış etdi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev vətəndaşları ölkə Prezidenti Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb.

Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinə siyasətçinin mətbuat katibi Aydos Ukibay bildirib.

“Elbası hamını cari çağırışları aradan qaldırmaq və ölkəmizin bütövlüyünü təmin etmək üçün Qazaxıstan Prezidenti ətrafında birləşməyə çağırır”, - deyə Ukibay əlavə edib.

Qeyd edək ki, yanvarın 5-də N.Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Bundan sonra onun Qazaxıstanı tərk etdiyi barədə məlumat yayılıb, lakin bu, öz təsdiqini tapmayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.