Xəbər lenti
Dəmir yumruq » Manşet » Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı
Manşet / Hadisə / Bugün, 17:11

Onlar üçün vəsaitin ayrılma müddəti uzadıldı

 

Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilib.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də onların reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi 2022-2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.
 
Qeyd edək ki, daha əvvəl bu müddət 2026-cı ilə qədər nəzərdə tutulmuşdu.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.