Dəmir yumruq » Manşet » Əliyev Putinə zəng edib
Manşet / Hadisə / 7-10-2026, 17:02

Əliyev Putinə zəng edib

 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
 
Demiryumruq.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.
 
Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
 
Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.