Dəmir yumruq » Manşet » XİN-dən Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım
Manşet / Siyasət / Bugün, 08:50

XİN-dən Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım

 

Azərbaycan Xarici İşlər Nazirliyi Bakının erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım edib.
 
Demiryumruq.az xəbər verir ki, XİN-in “X” hesabında edilən paylaşımda deyilir:
 
“Bu gün Bakı şəhərinin erməni-daşnak qüvvələrinin işğalından azad edilməsinin 108-ci ildönümüdür.
 
108 il öncə Azərbaycan Korpusunun da yer aldığı Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsi Azərbaycanın dövlətçilik mübarizəsində mühüm dönüş nöqtəsi oldu. Bu tarixi Qələbə Azərbaycan xalqının müstəqillik və dövlətçilik iradəsini, xalqımızla müttəfiqlərinin birliyini, şücaətini və fədakarlığını nümayiş etdirdi.
 
Bu tarixi Qələbənin əldə olunması uğrunda canlarından keçən bütün qəhrəmanların əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik”

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.