Dəmir yumruq » Manşet » Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar
Manşet / Hadisə / 28-08-2026, 07:28

Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyində (MKA) yeni kadr təyinatları olub.

Demiryumruq.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov müvafiq əmrlər imzalayıb.

Belə ki, Cəfərov Ceyhun Allahşükür oğlu Kiber əməliyyatları departamentinin direktoru, Əliyev Nizami Mərdan oğlu İnformasiya Texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin direktoru, Fərzəliyev Sahil Yaqub oğlu isə İnformasiya texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin İnfrastruktur təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl C.Cəfərov ABB-də, N.Əliyev “Azerikard”da, S.Fərzəliyev isə “Azərsilah” Müdafiə Sənayesi Holdinqində rəhbər vəzifəsində çalışıblar.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.