Dəmir yumruq » Manşet » Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub
Manşet / Hadisə / Bugün, 12:30

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub

 

 

  

  Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoyublar.

Parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrini əks etdirəcək ictimai məkan yaradılacaq. Park Azərbaycanın və Özbəkistanın qardaş xalqlarının daha da yaxınlaşması baxımından mühüm rol oynayır.

Bakıda "Özbəkistan”, Yeni Daşkənddə isə “Azərbaycan" parkının salınması xalqlarımız arasındakı çoxəsrlik dostluğun, qarşılıqlı hörmətin və mədəni yaxınlığın, həmçinin Azərbaycanla Özbəkistanın möhkəm və dinamik inkişaf edən münasibətlərinin növbəti rəmzi olacaq.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.