Dəmir yumruq » Manşet » İlham Əliyev Yuşenko ilə görüşdü - Foto
Manşet / Hadisə / 17-08-2026, 09:49

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

 

Prezident İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb.

Bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında paylaşım edilib.

"Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşdüm.

20 ildən artıq davam edən tanışlığımız əsnasında xoş xatirələrimizi bölüşdük, Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyümüz birgə işləri xatırladıq və əlaqələrin gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.

Görüş zamanı Ukraynanın Azərbaycandakı səfiri tərəfindən mənə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi", - paylaşımda qeyd edilib.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.