Dəmir yumruq » Manşet » Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...
Manşet / Hadisə / 14-08-2026, 18:49

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər...

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
 
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
 
Qeyd olunub ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Vunqtau küçəsi, Sumqayıt şəhəri 4-cü məhəllə və Abşeron rayonu Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 min 940 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.