Dəmir yumruq » Manşet » Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşları qəbul edib
Manşet / Hadisə / 10-08-2026, 18:49

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşları qəbul edib

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 10 avqust 2026-cı il tarixində ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov İsmayıllı rayonunda İsmayıllı, Qəbələ, Oğuz, Ağsu və Şamaxı rayonlarından olan sakinləri qəbul edib.
 
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb.
 
Vətəndaş qəbulu çərçivəsində ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, mineral xammaldan istifadə, məşğulluğun təmin edilməsi, eləcə də digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

  

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.