Dəmir yumruq » Manşet » Əliyev Pezeşkiana təşəkkür etdi
Manşet / Siyasət / 10-08-2026, 12:41

Əliyev Pezeşkiana təşəkkür etdi

 

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş və səmimi sözlərə görə İran Prezidenti Məsud Pezeşkiana təşəkkür edib.
Ətraflı
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin “X” hesabında paylaşım edilib.
 
“Cənab Prezident Məsud Pezeşkian, Azərbaycan haqqında söylədiyiniz xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Azərbaycan və İran xalqları dar və çətin günlərdə hər zaman bir-birinin yanında olublar. Bölgəmizdə baş vermiş son hadisələr fonunda Azərbaycanın qardaş İran xalqının yanında olduğu bir daha özünü göstərdi”, - deyə paylaşımda qeyd olunub.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.