Dəmir yumruq » Manşet » Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi
Manşet / Hadisə / Bugün, 06:11

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov xarici ölkələrdəki səfirliklər nəzdində fəaliyyət göstərən hərbi attaşelərlə görüş keçirib.
 
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Görüşdə nazirə cari il ərzində Azərbaycanın digər dövlətlərlə hərbi əməkdaşlığının mövcud vəziyyəti, hərbi attaşelik aparatlarının fəaliyyəti və xarici ölkələrdə yeni yaradılmış attaşelik aparatları barədə ətraflı məlumat verilib.
 
Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı sülhün təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətinin, eləcə də ölkədə ordu quruculuğu sahəsində aparılan islahatların beynəlxalq müstəvidə təbliğinin əhəmiyyəti vurğulanıb.
 
Z.Həsənov hərbi attaşelik aparatlarının xarici ölkələrdə Azərbaycanın milli maraqlarının müdafiəsi və hərbi əməkdaşlığın inkişafı istiqamətində gördüyü işləri müsbət qiymətləndirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.