Dəmir yumruq » Manşet » Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN
Manşet / Hadisə / Bugün, 12:46

Azərbaycanda yeni informasiya sistemləri yaradılır - FƏRMAN

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman imzalayıb.
 
Demiryumruq.az bununla bağlı President.az-a istinadən xəbər verir.
 
Fərmana əsasən, avtonom nəqliyyat vasitələri ilə bağlı aşağıdakı informasiya sistemləri yaradılır:
 
1. dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Respublikasının ərazi sularında olan gəmilər barədə məlumatların toplanması, gəmilərin naviqasiya məlumatları ilə təmin edilməsi, dəniz limanlarına və dəniz əməliyyatları bazalarına gəmilərin girişinə və çıxışına icazə verilməsi, habelə bununla bağlı sənədlərin elektron tərtibi və qeydiyyatı, dəniz limanlarının, dəniz əməliyyatları bazalarının, gəmilərin (inşa edilməkdə olan gəmilər daxil olmaqla), bunker yanacağı təchizatçılarının reyestrinin aparılması məqsədilə "Dənizçilik" informasiya sistemi;
 
2. pilotsuz uçuş aparatlarının dövriyyəsinə xüsusi icazənin verilməsi və qeydiyyatının aparılması, eləcə də pilot (operator) şəhadətnaməsi, əməliyyat icazəsinin, istismarçı sertifikatının və model PUA klublarına və assosiasiyalarına icazələrin verilməsi məqsədilə "Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi" informasiya sistemi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.