Dəmir yumruq » Manşet » Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb
Manşet / Hadisə / Dün, 07:37

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb

 

2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılıb.
 
Demiryumruq.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında" Qərarda əksini tapıb.
 
Qərara əsasən, Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi təsdiq edilib:
 
Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın tərkibi
 
- Komissiyanın sədri Samir Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;
 
- Komissiya sədrinin müavini - Azər Mursaqulov - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri;
 
- Komissiyanın üzvləri:
 
- Azərbaycan Respublikası maliyyə nazirinin müavini;
 
- Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini;
 
- Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini;
 
- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
 
- Azərbaycan Respublikası müdafiə nazirinin müavini Azərbaycan Respublikası daxili işlər nazirinin müavini;
 
- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini;
 
- Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini;
 
- Azərbaycan Respublikası xarici işlər nazirinin müavini;
 
- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini;
 
- Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini;
 
- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini;
 
- Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini;
 
- Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini;
 
- Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini;
 
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini;
 
- Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini;
 
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini;
 
- Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyəti sədrinin müavini;
 
- Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini;
 
- Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini;
 
- Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;
 
- Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;
 
- Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;
 
- Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;
 
- Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;
 
- Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;
 
- "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini;
 
- "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini;
 
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini.
 
Qərarla, eyni zamanda, rejimli obyektlərdə əhalinin siyahıyaalınmasının keçirilməsini təmin edən dövlət orqanlarının (qurumlarının) siyahısı da müəyyənləşib:
 
- Azərbaycan Respublikasının Müdafiə Nazirliyi;
 
- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;
 
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;
 
- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;
 
- Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;
 
- Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti;
 
- Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;
 
- Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti;
 
- Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti;
 
- Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.