Dəmir yumruq » Manşet » Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - Fotolar
Manşet / Hadisə / 30-07-2026, 17:51

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşdü - Fotolar

 

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.
 
Demiryumruq.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.
Ətraflı
 
Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanları arasında da səmərəli əməkdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə olunub.
 
Transsərhəd cinayətkarlıq, kibercinayətkarlıq və digər müasir çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsinin davam etdirilməsinin əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi vurğulanıb.
 
Söhbət zamanı Azərbaycan və Gürcüstanın prokurorluq orqanları arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.