Dəmir yumruq » Manşet » Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı
Manşet / Siyasət / Bugün, 21:29

Diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlandı

 

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 25 iyun 2026-cı il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, iyunun 26-da isə danışıq bloku üzrə imtahan keçirilib.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, imtahan iştirakçıları nəticələr ilə DİM-in internet saytında tanış ola bilərlər.
 
Qeyd edək ki, imtahanın ikinci mərhələsinə birinci mərhələdə azı 60% nəticə göstərən 129 namizəd buraxılıb.
 
Xarici dil imtahanının hər iki hissəsində 126 nəfər iştirak edib.
 
Müsabiqənin ikinci mərhələsinin nəticələri ilə daha təfərrüatlı məlumatla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.