Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, SOCAR Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci il üzrə audit olunmuş maliyyə hesabatları əsasında fəaliyyət nəticələri müzakirə olunub.
İclasda, həmçinin SOCAR-ın borc öhdəliklərinin 2026-cı ildə idarə olunmasına və gündəlikdə duran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.